Dünya şöhrətli italyan ulduz Monika Belluççi və onun sevgilisi, 66 yaşlı rejissor Tim Barton yenidən Mərakeşdə keçirilən Beynəlxalq Film Festivalının qırmızı xalçasına çıxıblar.
OLAY yazır ki, cütlük bu dəfə Şon Pennə və onun kinoya verdiyi töhfəyə həsr olunmuş tədbirə qatılıb.
Monika qırmızı şalvar və trikotaj elementləri olan qırmızı kombinezonda fotoqrafların qarşısına çıxıb. Kino ulduzu görünüşü bej rəngli hündürdaban ayaqqabılar, gümüş çanta və zinət əşyaları ilə tamamlayıb. Aktrisa saçlarını açıq buraxıb.
Tim Barton ənənəvi qara kostyum geyinib.
Xatırladaq ki, aktrisa və rejissor iki ilə yaxındır ki, birlikdədirlər.