“Yeni dəb çıxıb: filan şey reytinq vermir. Dəyər reytinqlə ölçülmür: xalqın milli mənəvi dəyəri reytinqlə ölçülməz. Elə insan çağırarıq ki, hoqqa verər, reytinq 20-yə qalxar. Bu, bizim dəyərimizdir?”.
OLAY yazır ki, bu sözləri Zaur Baxşəliyev aparıcısı olduğu “Zaurla Günaydın” verilişində deyib.
Televiziya ulduzu reytinqə görə verilişlərdə edilən xoşagəlməz şouları tənqid edib:
“Kimsə kiminləsə ağzına gələni danışacaq, reytinq verəcək. Dəyərimiz budur? Azərbaycanda böyük tədbirlər keçirilir, xaricdə böyük tədbirlərə qatılırıq. Kimlər gedib bizi təbliğ edəcək? Bəzən deyirlər ki, filankəs reytinq vermir. Reytinq vermirsə, etmə verilişi. Nə məcburdur həftədə beş gün efir edirsən? Həftədə bir dəfə veriliş et. Hər kəsin öz sosial şəbəkəsi var. Getsin səhifə açdığı “Instaqram”da, “YouTube”da, “TikTok”da oxusun. Amma efirdə yox”.