WOW
WOW

Günay “Mən beləyəm” üçün fərqli obrazlarda

Günay “Mən beləyəm” üçün fərqli obrazlarda

Müğənni Günay İbrahimli yeni layihəsini təqdim edib.

OLAY yazır ki, sənətçi sözləri Orxan Qarabasmaya, musiqisi Kazımcana məxsus “Mən beləyəm” adlı yeni mahnısına ekran həyatı verib.

Klip üçün İbrahimli bir neçə fərqli obraz yaradıb. 

Bu obrazlarda diqqət çəkən məqam müğənninin fransız üslubunda seçilən geyimləri və qüsursuz makiyajı olub.

Ekran işi boyunca Günay “Mən beləyəm... Hörməti, diqqəti tələb eləyən” deyərək sevdiyi şəxslə mübahisə etməsi yer alıb.

İfaçı klipin rejissorluğunu bu dəfə də Delee Orucluya həvalə edib. 

Sözügedən mahnı bütün rəqəmsal musiqi platformalarında, klip isə Günay İbrahimli rəsmi “YouTube” kanalında artıq yayımdadır.