Xəbər verdiyimiz kimi, İnfluenserlər Həmidə Səlimova (Hemistyle) və Nərmin Kazımzadə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) başlarına xoşagəlməz hadisə gəlib. Belə ki, blogerlər “Dubai mall”da alış – veriş edən zamanı Nərmin pasportların içində olduğu çantasını itirib.

OLAY yazır ki, H. Səlimova instaqram səhifəsində sözügedən alış-veriş mərkəzində yerləşən mağazaların birindən video yayımlaraq N. Kazımzadənin çantasının tapıldığını bildirib.

Görüntülərdə satıcılardan birinin Nərminə çantasını verdiyi əks olunub. 

Çantasını əlinə alan N. Kazımzadənin sevincdən üzü qızarıb.