Türkiyənin “Tabii” platformasında yayımlanan “Çırak” serialının yeni bölümündə aktyor Elşən Orucovun ilk səhnəsi yer alıb.
OLAY yazır ki, ekran işində baş rol ifaçısı Ozan Akbaba ilə Elşən Orucov arasında Bakı ilə bağlı dialoqu nümayiş olunub.
Serialda Azərbaycan mədəniyyətinə xüsusi yer verilib.
Qeyd edək ki, sözügedən ekran işində daha əvvəl müğənni Zamiq Hüseynovun “Ay Laçın” ifası səsləndirilib.