Meyxanaçı Namiq Qaraçuxulu atası ilə bağlı diqqət çəkən paylaşım edib.
OLAY yazır ki, sənətçi valideyni ilə çəkdirdiyi fotonu instaqram səhifəsində yayımlayaraq onun doğum günü olduğunu bildirib.
Qaraçuxurlu 83 yaşına qədəm qoyan atasını bu sözlərlə təbrik edib:
“Atam həm atamızdır həm də anamızın yadigarı. Bu gün onun 83 yaşı tamam olur. Nə qədər kölnümüz açılmasada çalışırıq müxtəlif bəhanələrlə əhvalımızı qaldıraq. Allah bütün böyüklərimizi qorusun”.
Qeyd edək ki, bir müddət əvvəl Namiq Qaraçuxurlu anasını itirib.