WOW
WOW

Nigar yenidən əməliyyat olundu

Nigar yenidən əməliyyat olundu

Əməkdar artist Nigar Şabanova plastik əməliyyat etdirdiyi açıqlayıb. 

OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Gün ortası” verilişində danışıb. 

Şabanova bildirib ki, əməliyyat yolu ilə ona kompleks yaradan həcimli yanaqlarını kiçildib: 

“20 gün əvvəl əməliyyat olunmuşam. Hər zaman yanaqlarımı kompleks eləmişəm. Bir foto paylaşan kimi hamı yazırdı ki, bu niyə yanaqlarını şişirdib. Niyə bunlar yanaqlarını bu günə qoyurlar? Mən yanaqlarıma niyə müdaxilə edim ki, əgər incə xanımamsa. Yekə yanaq kimə lazımdır? Üzümə heç zaman iynə və sayra müdaxilələr etdirməmişəm. Bu artıq üzümdə ikinci əməliyyatımdır. Hər zaman əməliyyatla çalışmışam yanağım kiçilsin. Mən nə qədər kiçildirəmsə yanaqlarım efirdə bir o qədər böyük görsənir”.