Müğənni Səidə Dadaşova küsülü olduğu deyilən xalası, Xalq artisti Brilliant Dadaşovadan söz açıb.
OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Xəzər axşamı” verilişində danışıb.
Proqramda məclislərin birində Səidənin xalaları Brilliant və İradə Dadaşova bacıları ilə birgə mahnı ifa etmələrinin görüntüləri nümayiş olunub.
Verilişin aparıcısı Mətanət Əliverdiyevanın “Nə yaxşı bir yerdəsiniz?” sualına Səidə belə cavab verib:
“Burada nə var ki? Bu normal haldır. Biz bir yerdə bir səhnəni də bölüşə bilərik. Siz bizi hər yerdə görə bilərsiniz. Bu məclis Brilliant xanımın təşəbbüsü ilə keçirildi. Ona söyləyiblər ki, biz Səidə xanımı da bu məclisdə iştirak etməsini istəyirik. Mənə dedilər ki, belə bir məclis var, məndə gəldim. Dedim ki, eşq olsun səhnəmizin Brilliantına. Yaxşı ki, bizim səhnəmizin brilliant səsli ifaçımız var. Yaxşı ki, bizimsiniz, çünki Brilliant Dadaşova olduğu yerdə sənət, musiqi, məktəb və dünya var. Bunu hər zaman demişəm. Bəli bizim ailəmiz sənətkar ocağıdır. Təəccüblənməyin! Biz hər yerdə ola bilərik və sürprizlərlə doluyuq. Əlbətdə ki, onunla “maç-maç, quç-quç” oldu. Niyə də olmasın? Deyirlər ki, xala ana əvəzi, yarısıdır. Heç kim buna təəccüblənməsin, hələ səhnə də heç təəccüblənməsin. Mənim üçün şərəf və fəxrdir ki, bu cür sənətkarla səhnəmizin Brilliantı ilə bir səhnəni bölüşmək”.
Qeyd edək ki, Səidənin anası Sədaqət Dadaşova mərhum Xalq artisti Rafael Dadaşovun həyat yoldaşı olub, Xalq artisti Brilliant Dadaşovanın isə bacısıdır. Rafael ilə Sədaqətin üç övladı var. Səidə anası Sədaqətlə uzun müddətdir ki, küsülüdürlər. Bu inciklik Səidənin digər xalaları arasında da uzun illər davam edib.