WOW
WOW

“Afaqa xəbərdarlıq etmişdim ki, bu mövzunu açmasın”

“Afaqa xəbərdarlıq etmişdim ki, bu mövzunu açmasın”

Müğənni Ayan Babakişiyeva aparıcı Afaq Gəncəli ilə münasibətindən danışıb.

OLAY yazır ki, Ayan bu barədə jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan “Pərvizə görə” layihəsində açıqlama verib.  O, qalmaqal yaşadığı A. Gəncəli haqda bunları söyləyib: 

“Mən heç kimdən küsməmişəm. Ya da uşaq deyiləm ki, kimdənsə küsüm. Zamanında Afaqla münasibətim o qədər yaxşı olub ki, onun haqqında pis danışmaq istəmərəm. Sadəcə kimsə həddini aşanda... 

Yəni sən mənimlə yaxınsan, haqqımda çox şeyi bilirsən, efirdən istifadə edib o sualı mənə verməyin təmanna məqsədlidir. Əvvəlcədən demişdim ki, bu mövzu açılmasın, birdən-birə açılırsa, yerində cavabını alacaqsan. Axı xəbərdarlıq etmişəm. Oldu-bitdi, getdi. Ona da, onun timsalında aparıcı dostlarıma da uğurlar arzulayıram”.