Aktyor Sənan Əlləz Qazaxıstanın Almatı şəhərində keçirilən 17-ci beynəlxalq Avrasiya film festivalında iştirak edib.
OLAY yazır ki, qırmızı xalıda addımlayan sənətçi kino dünyasının məşhur simaları ilə görüşüb. O, Türkiyənin ustad rejissoru Nuri Bilge Ceylanla da bir araya gəlib:
“Son illər filmdəki aktyorluq fəaliyyətimi dəyərləndirib mənə bu səfərdə hərtərəfli dəstək olan “Türk mədəniyyəti və irsi fondu”na və şəxsən fondun prezidenti Aktotı Raimkulovaya təşəkkür edirəm. Daha sonra isə Qazaxıstanın mədəniyyət nazirliyinə və festival təşkilatçılarına da dəvət etdikləri üçün əlavə təşəkkürlər. Noyabrın 30-a qədər burdayam. 17-ci beynəlxalq Avrasiya Film Festivalının jürisi Nuri Bilge Ceylan... Dedim fotonun adı “Bir zamanlar Almatıda” olsun. Dedi, olsun”.