WOW
WOW

“Biz səninlə nəfəs alırıq”

“Biz səninlə nəfəs alırıq”

Aktyor İbrahim Çingiz xanımı Aydan Çingizlə bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi həyat yoldaşına ad günü təbriki yazıb:

“Mənim qolum, qanadım  Aydanım. Səninlə nəfəs alırıq, mən və balaca Mehriban. Sənin kimi gözəl yaza bilməsəm də, ürəyimdə olanları çox yaxşı bilirsən. Bir arzum var həmişə birlikdə olaq və bir qocalaq, bundan başqa bizə nə lazımdır axı? Yaxşı ki, varımsan. Əgər bu həyatı bir neçə dəfə yaşayırıqsa, əminliklə deyə bilərəm ki, mən sənin sayəndə ən yaxşı həyatımı yaşayıram. Sənin dəstəyini hər an, hər saniyə hiss edirəm. Mən də sənin bütün arzularını Allahın köməyi ilə həyata keçirəcəyəm. Doğum günün mübarək, nəfəsim”.