Rusiyalı müğənni Valeriyanın gəlini, bloger Liana Şulqina Teleqram kanalında ikinci uşağı gözlədiyini açıqlayıb.
OLAY yazır ki, Şulqina böyümüş qarnı ilə şəklini paylaşaraq belə yazıb:
“Bu arada! Xatırlayırsınız sual-cavabda mənə ikinci uşağı nə vaxt planlaşdırırsınız deyə soruşmuşdular? Bir neçə gün sonra hamilə olduğumu öyrəndim”.
Avqustda Şulqina etiraf etmişdi ki, o və həyat yoldaşı Arseniy hələ ikinci uşaq planlaşdırmırlar. O izah etmişdi ki, cütlük heç yerə tələsmir. Bloger üç yaşlı qızları Selinə bütün diqqətini və vaxtını həsr etmək istədiyini bildirmişdi.
Qeyd edək ki, Valeriyanın oğlu Arseniy Şulqin bloger Liana Volkova ilə 28 avqust 2020-ci ildə ailə qurub. 1 yanvar 2021-ci ildə cütlüyün qızı dünyaya gəlib. Onlar qızlarına Selin adını veriblər. Valeriya, gəlininin doğuş zamanı çox narahat olduğunu bildirib. Müğənni tez-tez həyat yoldaşı İosif Priqojinlə birlikdə nəvələrini ziyarət edir və onunla vaxt keçirir.