WOW
WOW

““Vətəndaş A”nın ssenari müəllifi 60 min pul “qatlayıb””

““Vətəndaş A”nın ssenari müəllifi 60 min pul “qatlayıb””

“Vətəndaş A” serialının ssenaristi Asiman Ağa Rövşən sözügedən ekran işi ilə bağlı tənqidlərə cavab verib.

OLAY yazır ki, bu haqda Asiman instaqram səhifəsində paylaşım edib.

İzləyicilərdən birinin yazdığı “Kimsəni qınamıram, çünki bizimkilər normal ssenari yazmırlar. Elə bu serial qarışıq mövzuludur, nədən bəhs etdiyi bilinmir. Bir qadının həyatındanmı, kəndlinin avamlığındanmı, müasirlikdənmi, müasirliyə alışmayan köhnə fikirli insanlardanmı, qoluçomaqlı, məmur özbaşınalığı və saxtakarlıq, yoxsa qanunun aliliyinin uzaq yerlərdə işləməməsindən bəhs edir və daha nələr - nələr... Təbii ki, subyektiv fikrimdir, bir zərrə belə tərbiyəvi əhəmiyyəti yoxdur. Sadəcə pul silmək xətrinə serial çəkmək doğru deyil. Ortada bir məqsəd olmalıdır. Mövzunun məqsədi olmalıdır. Hələ dialoqlarda olan küçə sözlərini demirəm” fikirləri ssenaristi dilə gətirib.

Asiman yazılanlara ironik şəkildə belə cavab verib:

“Düz deyirsiniz. Hətta söhbət gəzir ki, təkcə ssenari müəllifi büdcədən 50-60 min manat pul “qatlayıb”. Dəhşətdir! Söhbət “Vətəndaş A” serialından gedir. Bilin bunları. Belə ssenaristlərə görə kinomuz inkişaf etmir”.