“Miss Rusiya” Sofiya Nikitçuk paytaxtın Vnukovo şəhərində qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə keçirməkdə şübhəli bilinərək saxlanılıb.
OLAY “Life” nəşrinə istinadən yazır ki, podium ulduzunu 5 ilə qədər həbs gözləyir.
Məlumata görə, “Miss World 2015” müsabiqəsinin ikincisi İstanbuldan tranzitlə Nitsadan Moskvaya uçub.
Sofiya, gömrükdə saxlanılıb - o, iki üzük, bir “Cartier” markasına məxsus 750 əyarlıq boyunbağı və “Patek Philippe” qızıl saatını təqdim edib.
Nikitçuk qızıl və brilyantları bəyan etmədiyini, hamısının ona məxsus olduğunu bildirib.
Zərgərlik məmulatının dəyəri 12 milyon rubl olaraq qiymətləndirilib.
“Gömrük rüsumlarını ödəməkdən yayınma” və “Qaçaqmalçılıq” maddələri ilə cinayət işinin başlanılıb.