Türkiyəli keçmiş model Deniz Akkayaya psixiatriya xəstaxanasına yerləşdirildiyi iddia edilib.
OLAY yazır ki, bildirilib ki, bu, podium ulduzunun keçmiş həyat yoldaşı Efe Önbilginin tələbi ilə baş verib.
Xəbərlərdə onun Əsəb-Ruhi Xəstəlikləri Xəstəxanasına müalicəyə sövq edilib və bütün mal, mülkü nəzarət altına götürüldüyü bildirilib. Lakin Akkaya sosial media hesabında paylaşım edərək iddiaların yalan olduğunu söyləyib.
Qeyd edək ki, Dəniz Akkaya aylar əvvəl 16 yaşlı qızı Ayşəyə qarşı zorakılıqda ittiham olunub. Model barəsində 4 ay 27 gün həbs cəzası çıxarılıb. Ali Məhkəmə hökmü qüvvədə saxlasa, D.Akkaya həbs ediləcək.