WOW
WOW

“KVN Azərbaycan dramaturgiyasını çökdürdü”

“KVN Azərbaycan dramaturgiyasını çökdürdü”

Rejissor və aktyor Aqil M.Quliyev açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.

OLAY yazır ki, sənətçi qonaq olduğu “Günə bax” verilişində tamaşaçıların kinoteatrlarda son zamanlar çəkilən filmlərimizin izləməməsinin səbəblərindən danışıb.

“İndiki dövrdə kinoteatrlara getməməyə səbəb ona görə oldu ki, iki fəlakət baş verdi. KVN (Şən Hazırcavablılar Klubu – red.) Azərbaycan dramaturgiyasını bir tərəfə çökdürdü, indiyə kimi özünə gələ bilmir”.

Aqil bildirib ki, toylar müğənniləri artıq əlçatan edib:

“Və bir də toylar. Biz müğənnini dinləmək üçün zala gedirdik və hörmətlə, səs salmadan dinləməli idik. O ifasını bitirəndən sonra əl çalaraq minnətdarlıq bildirirdik və çıxıb gedirdik. İndi isə nə baş verir? Oturmuşuq, masada lülə və tikə kabab. Səhnədə isə müğənni oxuyur. Tam başqa formata gəlmişik. Məsələn, teatrda bir səhnənin metr yarım hündürlüyü varsa, müğənni hardasa əlçatmazdır. İndi isə o sərhəd yoxdur, pozulub. Gəlirəm və görürəm ki, müğənni oxuyur. Ona sifariş verirəm ki, filan şeyi oxu da. Dinləmə mədəniyyətimiz artıq dəyişib”.