Aparıcı Mətanət Əliverdiyeva növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
OLAY yazır ki, televiziya ulduzu aparıcısı olduğu “Xəzər axşamı” verilişində məclislərin birində azyaşlı oğlanların qız kimi rəqs etməsindən danışıb.
“Bir tədbirdə idim, orada bir xanım mahnı oxuyur, azyaşlı uşaqlar isə rəqs etmək istəyirdi. Şoka düşdüm, 8-11 yaş aralığında oğlan uşaqları idi. Qız oxuyur, oğlanlar qız kimi rəqs edirlər. Dedim ki, dayan, kişi kimi rəqs et. Sual verir ki, o necə olur? Necə rəqs edirlər göstərdim. Elə oynamağa başladılar. Kənarda dayanan ana isə onun əvvəlki rəqsini telefonla çəkib, qürurlanırdı. Dedim, qürurlanma, kişi kimi rəqs etməyi öyrət. Demirəm rəqsə qoy. Amma onu kişi kimi böyüt. Kişi kişi kimi, qadın da qadın kimi rəqs edər”, - deyə Mətanət bildirib.