“Radikal dindarları, din şüvənləri, orta əsrlərdə qalanları sevmirəm”.
OLAY yazır ki, bu sözləri Xalq artisti Faiq Ağayev RTV-də yayımlanan “Çərçivədən kənar” verilişində deyib. Sənətçi Allahla münasibətdən danışb:
“Allahla münasibət o qədər özəl, intim söhbətdir ki, ona kiminsə qarışmağı düzgün deyil. İslam yeganə dindir ki, Allahla bəndə arasında vasitəçi tanımır. Xristianlıqda rahiblər və sair var. Onlar Allah adından sənin günahlarını bağışlayır. Bizdə mollalar dini izah edən insanlardır. Sənə deyə bilməz ki, səhər tezdən 3 qaşıq sıyıq, iki tikə çörək ye. İmansız insanlardan qaçıram”.