Dünya pop ulduzu Nikol Şörzinger Buenos-Ayresdə bir hotelin pəncərələri altında ölü tapılan 31 yaşlı “One Direction” qrupunun üzvü, müğənni Liam Peyn ilə bağlı diqqət çəkən paylaşım edib.
OLAY yazır ki, bununla bağlı sənətçi instaqram səhifəsində post yayımlayıb.
N.Şörzinger L.Peyn ilə çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşərək bu sözləri yazıb:
“Əziz Liam, “One Direction” qrupunun yarandığı 15 il əvvəldən cəmi bir neçə həftə əvvələ qədər birlikdə keçirdiyimiz vaxtı əbədi olaraq qiymətləndirəcəyəm. Son vaxtlar sizinlə işləmək çox xoşdur. Sənin yoxluğuna dözmək mənim üçün çox çətindir, amma sənin mehriban qəlbini, ruhunu və xarakterini bildiyim üçün minnətdaram. Dostum sənin üçün darıxacağam və xatirəni ürəyimdə daşıyacağam”,
Xatırlaqda ki, 2010-cu ildə Nikole Şörzinger “The X Factor”da münsif olub və Liam Peyn də daxil olmaqla “One Direction” qrupunun yaradılmasına köməyi keçib. O vaxtdan müğənni ölənə qədər ifaçı ilə əlaqə saxlayıb. Bəstəkar Endryü Lloyd Uebber bildirib ki, Nikol Liamın öldüyü gün onunla yazışıb.
Qeyd edək ki, Liam Peyn Buenos-Ayresdəki “Casa Sur Palmero” hotelinin otağının pəncərələrinin altında ölü tapılıb. Otaqda mebellər və televizor sındırılıb və narkotikin təsiri altında olan sənətçi 3-cü mərtəbənin eyvanından yerə yıxılıb. Liamın ölümündən bir müddət əvvəl hotel işçiləri aqressiya nümayiş edən musiqiçiyə görə polisə müraciət ediblər. Jurnalistlər Peynin intiharının səbəbini faciədən bir neçə saat əvvəl hoteli tərk edən sevgilisi Keyt Kessidi ilə mübahisə etməsi ilə əlaqələndiriblər. Sosial şəbəkə əhli Liamın ölümündə insan alveri və zorlama ittihamı ilə məhkəməsini gözləyən qalmaqallı repçi və musiqi prodüseri Pi Diddinin (əsl adı Şon Kombs) izini tapıb.