“Oğlum Mahirlə münasibətim hərdən olur, hərdə də olmur. Təbii ki, oğlumla mənim armada o soyuq münasibət bitib. Hər şey öz yerini tutur. İndi hər şey yaxşıdır”.
OLAY yazır ki, bu sözləri prodüser Anar Mədətov qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib.
Anar futbolçu oğlu Mahir Emreli ilə münasibətlərindən söz açıb:
“Təki bizim aramızda yaşanan söz-söhbətlərə Mahirin özünə ziyan olmasın. Mahir indi-indi düzəlir. O illərlə bu travmalardan əziyyət çəkdi”.
Mədətov sosial şəbəkədə haqqında yazılan neqativ şərhlərə əhəmiyyət vermədiyini dilə gətirib:
“Sosial şəbəkədə yazılan neqativ şərhlərə fikir vermirəm. Demək olar ki, sosial şəbəkələrdə çox olmuram. Kimsə mənə oradan nələrsə göndərəndə “Yazsınlarda…” deyə cavab verirəm. Bir məsələ var – “İt hürər, karvan keçər”. Əsas odur ki, karvan getsin”.
Prodüser bildirib ki, oğlu Tamerlanı gələcəkdə polis olmasını istəyir:
“Mənim bir kiçik oğlum var. Növbəti ulduz odur! Tamerlan Mədətov… İnanıram ki, oğlum böyüyüb, polis olacaq”.
Qeyd edək ki, Anar Mədətov Elnurə Mədətova ilə ailəli olub. Cütlük bir neçə il əvvəl qalmaqallı şəkildə boşanıb. Onların Aişə və Mahir adlı iki övladı var. Mahir Mədətov məşhur futbolçudur. Anar ikinci dəfə stilist Aygün Abbasova ilə ailə qurub. Onların bu evlilikdən Tamerlan adlı oğulları var.