Türkiyəli sosial media fenomeni Dilan Polatla bacısı Sıla Doğu barəsində istintaq başladılıb.
OLAY yazır ki, buna bacıların sosial şəbəkədə yayılan görüntüləri səbəb olub.
Beləki klubların birində əylənən Dilan və Sila dodaq-dodağa öpüşüblər.
İstanbul Respublika Prokurorluğu bacılar barəsində “qeyri-etik hərəkətlər” maddəsi ilə rəsmi istinaq başladıb.
Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb. Onlar çirkli pulların yuyulmasında ittiham olunur. Məhkəmə Dilanın istintaq müddəti üçün sərbəst buraxılmasına qərar verib.