“İndi toydalarda “ana, ölürəm sənin üçün, gəlim qəbrinə. Ata gəlim qəbrinə” kimi sözlər istəyirlər. Qəzəli başa düşən insanlar azdır. Onun tamaşaçılarını nə toyda, nə məclisdə taparsan”.
OLAY yazır ki, bu sözləri Xalq artisti Alim Qasımova qonaq olduğu “İzzət şou” verilişində deyib.
Muğam oxuyanların qəzəllərdən istifadə etməməsini tənqid edən sənətkar xanəndəliyin çətinliklərindən söz açıb:
“İnkişaf əvvəl kəndlərdə var idi. Gənc oxuyanlarda günah görmürəm. Oxuyanda qışqırmaqdan qrija olmuşam. Bir dəfə toyda əlimi qarnıma vurdum ki, daş kimidir. Bu, pressdən heç kimdə olmaz. Elə bilirdim xəstəlik tapmışam. Çox əzablı, cəfalı yoldur”.