“Musiqi – terapiyadır. Musiqi müalicə, dəstək, şənlik və qəmin dostudur. Musiqi universal dildir. Onu zay, xarab edib, bir təhər təqdim edəndə… Biz illərdir ki, bu vəziyyətə susuruq. Amma artıq susa bilmirik. O hala ki, musiqini gətiriblər… Olmaz!”
OLAY yazır ki, bu sözləri müğənni Nərmin Kərimbəyova qonaq olduğu “Günə bax” verilişində deyib.
Sənətçi musiqimizdə baş verən bayağılığa səsləndirdiyi bu fikirləri ilə üsyan edib:
“Musiqimizi və mədəniyyətimizi bu hala qoymaq olmaz. Belə etməyə də heç kimə icazə verilməməlidir. Nə qədər olar baş verənləri eşitmək? Eşidən də seçmir… Elə insan var ki, onun nə musiqi duyumu nə də ki zövqü var. Hər kəs dünyaya zövqlü gəlmir. Hər kəs bir cürdür. Bayağı mahnını dinləyən insan sonda o musiqini sevir və bu musiqini də qəbul edir. Demək ki, o bu qədər sayda bayağı musiqiləri eşitməməlidir. Bu çox gəlizdir və çox təəssüf ki, reallıq budur. Arzu edirəm ki, mədəniyyətimiz ən yüksək səviyyədə olsun. Biz kökümüzə qayıdaq”.