Müğənni Pərvin Lətifov ölkə ərazisində xidmət göstərən “CityNet” internet provayderinin fəaliyyətini tənqid edib.
OLAY yazır ki, bununla bağlı sənətçi sosial şəbəkə hesabında paylaşım edib.
Pərvin internet provayderi ilə aralarından yaranan problemi bu sözlərlə ifadə edib:
““CityNet” adlı bir internet provayder var. Pulu alırlar amma interneti vermirlər 1 ayda ən azı 10 dəfə zəng edirsən ki, sistemi yeniləyin. Bu ayrı dərd. Məlumat mərkəzi sıfır, texniki dəstək sıfır. Adam göndəriblər... Texniki servisdən gələn şəxsin nə tərbiyəsi var nə qabiliyyəti nə də ki adamlığı. Gəlib adamla evin içində dalaşır. Mən birindən bir şey satmaq üçün pul alıram və satdığım şeyi də vermirəm. Siz məni o dəqiqə dələduzluqda ittiham edərsiniz mutləq. Muqaviləni 19 manata bağlamışdıq amma qeyri qanuni pozdular qiyməti qaldırdılar heç olmasa normal xidtmət göstərsinlər”.