WOW
WOW

Diddi həbsdə, övladları isə kef məclislərində...

Diddi həbsdə, övladları isə kef məclislərində...

Dünya şöhrətli repçi və musiqi prodüseri Pi Diddi (əsl adı Şon Kombs) həbsxanada olarkən uşaqları əyləncəli həyat tərzi sürməyə davam edir. Belə ki, atalarının dəmir barmaqları arasında olmasına rəğmən qalmaqallı sənətçinin övladları doyunca yaşamağa davam edir və görünür, ictimaiyyətin qəzəbindən heç qorxmurlar.

OLAY “TMZ” nəşrinə istinadən yazır ki, istintaq başlayanda 17 yaşlı əkizlər Di Lila və Cessi Turks Kaykos adalarına səyahət ediblər və nəşrin vurğuladığı kimi, orada dəbdəbəli zaman keçiriblər. Bir az sonra qızlar min şüşə körpə yağı götürülən atalarının malikanəsində əyləniblər. 

Hazırda sənətçinin varisləri hələ də orada ataları kimi müəmmalı partilər keçirirlər. Onları mütəmadi olaraq məclislərdə atasının vəhşiliklərində əli olduğu iddia edilən prodüser Kristian “Kinq” Kombsun 26 yaşlı oğlu müşayiət edir.

Xatırladaq ki, Pi Diddinin həbsindən əvvəl onun keçmiş sevgilisi və digər zorakılıq, narkotik vasitələrin məcburi istifadəsi və cinsi istismar məqsədilə insan alveri qurbanları tərəfindən bir sıra ittihamlar irəli sürülüb. Mart ayında Diddinin malikanəsində geniş axtarış aparılıb, bu zaman qanunsuz maddələr, silahlar və 1000 butulka uşaq yağı və cinsi əlaqə zamanı istifadə olunan çox sayda maye materialı aşkar edilib.