Əməkdar artist Kübra Əliyeva ilk dəfə efirə gəlini ilə çıxıb.
OLAY yazır ki, aktrisa gəlini ilə “Elgizlə izlə” verilişində qonaq olublar.
K.Əliyeva onun dünyasını dəyişən oğlu Rauf Məmmədovun xanımı olduğunu bildirib.
Sənətkar bir neçə gün əvvəl nəvəsi Ağəlini əsgərliyə yola salmasından da söz açıb:
“9 ildir oğlum vəfat edib. Nazlı ilə bir dəfə aramızda söz olmayıb. 9 ildir bir balanı birlikdə böyütmüşük. İndi gəlinim Türkiyədə yaşayır. Orada ona ev də almışam”.