Aparıcı Aytən Səfərova tələbələrin qalması üçün yataqxanalardan şikayətlənib.
OLAY yazır ki, bu haqda televiziya ulduzu aparıcısı olduğu “Xəbər ertəsi” verilişində söz açıb.
Aytən bildirib ki, çox sayda tələbə yataqxanalarda deyil kirayə evlərdə yaşayırlar:
“Yataqxana var ki? Tələbələr kirayədə yaşayırlar. Neçə ailə tanıyıram, qohumlarım arasında da var, ya öz evlərində qalır, ya da ucqar rayondan gəlib kirayə ev tuturlar. Türkiyədə 30 minə yaxın azərbaycanlı tələbə var. Orada tələbə avtobusda, paltar alanda belə endirim əldə edir. Tələbə üçün 3 manat belə böyük puldur. Hansı yataqxana verilir, hansı yemək verilir?”