“Çoxlu toylar və xınalar edirik, orada qayınanalar və gəlinlərlə ünsiyyətdə oluruq. Düşünürəm ki, bir mətbəxdə bir xanım olmalıdır. Gənc ailə quranlar ayrı yaşamalıdır. Əlbətdəki, hər şey imkandan asılıdır. Amma nə qədər də bacarırlarsa, ayrı yaşamalıdırlar. Bu istər yaşla, istərsə də başla əlaqəlidir”.
OLAY yazır ki, bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu “Elgizlə izlə” verilişində deyib.
O, gəlinindən ayrı yaşayan qayınanaların ağıllı addım atdıqlarını bildirib:
“Böyüyün məsləhəti və böyüyün sözünə baxmaq yaxşıdır. Amma böyük böyüklüyündə, kiçik kiçikliyində qalsın, ortadan pərdə götürülməsin. Bir yerdə yaşayanda anayla bala arasında da söz-söhbət olur. Bunlar mənim anamla da aramda olub. Arada anam məni döyürdü də… Hə, nə olsun. Anamdır da… Elə bir ana var ki, uşağına “çırtma” belə vurmasın? Amma uşaq səhv edəndə də onu başa salmaq lazımdır. Gəlinindən ayrı yaşayan qayınanalar çox ağıllı qadındırlar. Problemin varsa, özün həll et, uşağını özün saxla. Mən nə qədər toy aparmışam, amma qarşıma iki qadın çıxıb ki, əlinini öz qızı kimi sevib. İdeal qayınana və gəlin yoxdur”.
Qeyd edək ki, Xuraman Şuşalı “İctimai” televiziyasında çalışan rejissor Elçin Məmmədovla ailəlidir.