“Əslində çox uzun zaman idi ki, mənə ailəm, uşağım və problemlər haqqında suallar vermirdilər. Problem yoxdur, versinlər suallar. Amma mən istəmirəm ki, mənə ailəm və şəxsi həyatımla bağlı suallar verilsin. Misal üçün mən sizin verilişinizə gəlmişəm, hansı mahnını istəyirsinizsə oxuyum, konsertlər haqqında danışım...”
OLAY yazır ki, bu sözləri müğənni Xatirə İslam qonaq olduğu “Tarixin bir günü” verilişində deyib.
Sənətçi bildirib ki, verilişlərdə ailəsi ilə bağlı açıqlama vermək istəməsə də, aparıcılar bu haqda onu danışmağa vadar edirlər:
“İstəmirəm ki, adi bir şeylər müzakirələrə səbəb olsun. Mən ailəm haqqında niyə danışmalıyam ki? Səbəb nədir? Bilim ki, niyə verilişdə ailəm haqqında danışmalıyam. Mən hansısa bir insanın ailəsi haqqında nəsə bilirəm? Xeyr! O da mənim ailəm haqqında heçnə bilməsin. Yəni mən ailəm haqqında heçnə danışmaq istəmirəm. Aparıcı sual verəndən sonra əgər mən ona cavab verməsəm onda siz deyərsiniz ki, niyə cavab vermədi, deməli yalan deyib, boşanıblar. Ya da ki cavab verməlisən onda da görürsən ki, açıb danışmısan ki, günorta bozbaş bişirmişdik, axşam da dolma. Artıq məcbur qalıb danışırsan”.