WOW
WOW

“Bəkarət müayinəsi səhnəsini rədd etdiyim üçün məni aşağıladı”

“Bəkarət müayinəsi səhnəsini rədd etdiyim üçün məni aşağıladı”

Aktrisa Hazal Kaya “Adını Feriha koydum” serialında imtina etdiyi səhnədən danışıb.

OLAY yazır ki, bu barədə o, qadın və uşaq qətllərinin müzakirə olunduğu “Mevzular açık mikrofon”da danışıb. 

Hazal həmçinin o dövrdə birgə rol aldığı Ayşegül Çiğdemlinin haqqında söylədiklərindən söz açıb:

“Bir günahkar axtarılanda serial sektorunu hədəf alan açıqlamalara şahid oluruq. Hər hekayə göstərilə bilər. İnsanların bunu izləyib, nəticə çıxarması önəmlidir. Sadəcə məsələ bu hekayələrin necə göstərilməsidir. İllər əvvəl dırnaq arasında qədrimin bilinməyinin də səbəbkarı tərəf müqabilim olan xanım idi. “Adını Feriha koydum” bitdikdən sonra maqazin mediasında “paramparça” edilmişdim. Həmin xanım məni aşağılamaq üçün çox da ağıllı qadın olmadığımı, ssenarini ciddiyə aldığımı, bakirəlik yoxlanışı ilə bağlı səhnəni oynamağı rədd etdiyimi demişdi. Amma bunları məni aşağılamaq üçün danışmışdı. Çox da ağıllı qız deyil, Feriha kimi qızlar real həyatda bunları yaşayır, demişdi. 

Amma orada məsələ fərqli idi. Kaş ki, biz o səhnəni çəkərdik, təcavüz kimi ağır bir təcrübə olan bu səhnə yaşanardı, amma qızın necə ağır günlər yaşadığını izləyərdik. Lakin səhnənin davamında, bu qədər ağır bir hadisədən sonra Feriha sevgilisinin yanına gedirdi. Mən də dedim ki, qızın bədəninə qarşı necə şiddət göstərilir. Bunu ətrtaflı göstəririksə, göstərək. Göstərmiriksə, heç çəkməyək. Yoxsa sevgilisinin yanına gedəcəksə, bu mövzuya toxunmayaq”.

Qeyd edək ki, A. Çiğdemli Hazalın bu səhnəni öz üstünə alındığını, bu səbəbdən problem yaratdığını, hətta serialın bitmə səbəbinin də onun heyətlə fikirlərinin üst-üstə düşməməsi olduğunu iddia etmişdi