WOW
WOW

“Qardaşım Səyyadın ölümündən sonra xəcalət çəkirik”

“Qardaşım Səyyadın ölümündən sonra xəcalət çəkirik”

“Atamın muğam və təsniflərdən ibarət albomu vardı. Bunun üçün 2021-ci ilin avqustun 30-u disk üçün fotosessiya etdirdik. Fotosessiyadan sonra gəldi gördüm ki, atam həmişəki adam deyil. Özünü narahat hiss edirdi. Soruşdum ki, ata niyə bikefsən. O isə söylədi ki, özümü yaxşı hiss eləmirəm. Test verdi və ondan sonra koronavirus infeksiyasına yoluxduğu aşkarlandı. Bu fotosessiyadan sonra atam vəfat etdi”.

OLAY yazır ki, bu sözləri mərhum müğənni Səyyad Əlizadənin oğlu Atabəy “Xəzər axşamı” verilişinə müsahibəsində deyib.

Sənətçinin oğlu bir yaşında qaraciyərindən vəfat edən əkiz qardaşı Məhəmməd haqda bunları söyləyib:

“Qardaşım 2006-cı ildə 1 yaşında qaraciyər çatışmazlığından vəfat edib. O dünyasını dəyişəndən sonra atam depressiyaya düşdü. Atam qardaşımın 3 böyük portretini çəkdirmişdi. Amma ürəyindəki alovu sönmürdü. 2007-ci ildə “Səni mən çox axtarmışam” mahnısı yazdırdı. Bu mahnı qardaşıma həsr olunub”.

Mərhum müğənnin bacısı Səidə Əliyeva isə qardaşını itirdikdən sonra ailəlikcə paramparça olduğu bildirib:

“Səyyadın ölümündən sonra hamımız parçalandıq. Biri-birimizin evinə getməyə də utanırıq. Elə bil onun ölümündə biz günahkarıq. Hamımız xəcalət çəkirik ki, ona kömək edə, yaşada bilmədik. Amma o olsaydı bəlkə də kömək edərdi. Çünki o dərəcədə yanımlı (fədakar – red.) idi”.

Qeyd edək ki, Səyyad Əlizadə 2021-ci ilin sentyabrında koronavirusdan dünyasını dəyişib.