“Ustalar üçün özüm yemək hazırlayıram”.
OLAY yazır ki, bu sözləri müğənni Nadir Qafarzadə qonaq olduğu “İncə səhər” verilişində deyib.
Sənətçi bildirib ki, evində çalışan ustalara xüsusi qulluq edir:
“Hər gün ustalar ət yeməlidirlər. Saat 13: 00 olan kimi deyirəm ki, divar kağızını qoy yerə gəl nahar yeməyini ye. Deyir ki, birazdan gələrəm. Cavab verirəm ki, iş gözləyər amma naharı zamanında etmək lazımdır. Fəhlənin qarnı tox olmalıdır. Axşam saat 19: 00 olur usta deyir ki, bu işi də görüm gedərəm. Deyirəm ki, yox artıq sən getməlisən həm qonşuları biz narahat edirik, bina evidir həmdə zamanında balalarının yanına get. Gedəndə də ona pul verirəm”.