Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirov instaqram səhifəsində izləyiciləri ilə “sorğu-sual” edib.
OLAY yazır ki, onlardan birinin “Niyə qızlar “Nikitkada” sizin avtomobilinin ətrafına toplaşır?” sualı sənətçini əsəbiləşdirib.
Bəkirovun bu suala cavabı belə olub:
“Ümid edirəm ki, bunun mütləq avtomobillərə görə olmadığını başa düşəcək qədər ağıllı olmusan. Çünki onlar başa düşürlər ki, əgər maşın buradadırsa, bu o deməkdir ki, qucaqlaşmaq, yaxşı enerji mübadiləsi aparmaq, gülmək və şəkil çəkdirmək, əhval-ruhiyyəni yüksəltmək və bu cür davam etmək fürsətini qaçıra bilməzsən. Şəhərdə bir çox insan məni “Lamborghini” və ya “Rolls-Royce”də görəndə təkəbbürlü olduğumu deyir. Məni “Jiquli”də görəndə elə düşünürlər ki, hər şey məndə yaxşı deyil. Qızlar bilir ki, gecələr kimin səsi onları sakitləşdirir. Ona görə hamını qucaqlayıram”.
“Ulduz olandan sonra sənə nə vaxtsa aşağıdan – yuxarı baxan olub?” sualına isə Nəvai belə cavab verib:
“Təbii ki, bu kompleksdir. Mənə taksi sürücüsü deyirlər, bu, yeri gəlmişkən, məni incitmir, bunu qürurla qəbul edirəm. Həqiqətən varlı insanlar ruhən zəngindirlər və yalnız zəngin olduqları üçün deyil, hansısa yolu keçdikdən sonra varlanırlar. Bir şeyi deyə bilərəm: pul axtarışının sonunda yenə də yaradıcılıq var.Və mənim hamıdan daha çox yaradıcılığım və ruhum var”.