WOW
WOW

“City Park Mall”da “Narıncı payız” endirim festivalı!

“City Park Mall”da “Narıncı payız” endirim festivalı!

Şəhərin yeni cazibə mərkəzi “City Park Mall” payıza özəl yeni endirim festivalına start verir. 

OLAY yazır ki, “Narıncı payız” endirim festivalı 20 oktyabr - 10 noyabr tarixlərini əhatə edəcək. 

Festival çərçivəsində bir çox tanınmış markanın məhsullarına xüsusi endirimlər tətbiq olunacaq, həmçinin 8 Noyabr Zəfər Günü və 9 Noyabr Bayraq Günü münasibətilə musiqili konsert proqramı baş tutacaq.

Gənclərin sevimli müğənnisi Ayaz Babayev, “Avroviziya 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal və bir çox məşhur simaların iştirak edəcəyi konsert proqramında ticarət mərkəzini ziyarət edənlər əsl bayram ab-havası yaşayacaqlar. 

Bayram günlərində ticarət mərkəzinin qonaqları müxtəlif yarışmalarda iştirak edərək endirim kuponları və hədiyyələr qazanma şansına sahib ola biləcəklər. 

Qeyd edək ki, “City Park Mall”da “Greyder”, “Derimod”, “Hummel”, “The Body Shop”, “Jimmy Key”, “Penti”, “Rosmann”, “Koton”, “New Yorker”, “Cool Club”, “Olivia”, “LC Waikiki”, “Focus optika”, “Music Galery”, “Avva”, “Super Toys”, “Mavi”, “Altınyıldız”, “İN Street”, “Süvari”, “Miniso”, “Chi Chi”, “Küppeli”, “Askona”, “Flo”, “Bebeto”, “A 4” kimi məşhur brendlər, “Bravo” supermarketlər şəbəkəsinin filialı, “City Play” uşaq əyləncə və boulinq mərkəzi, bilyard otağı, məşhur restoranlar, fəsfud şəbəkələri mövcuddur. Həmçinin, ticarət mərkəzində 2 mərtəbədən ibarət 400 qapalı parklama yeri 3 saat ərzində ödənişsizdir.

Ünvan: Babək prospekti ilə Süleyman Vəzirov küçəsinin kəsişməsi, “Bakı Ağ Şəhər”.