Türkiyə musiqisinin ən güclü səslərindən biri Sertap Erener Azərbaycana gəlir.
OLAY yazır ki, ötən il paytaxtda konserti ilə böyük səs-küyə səbəb olan sənətçi noyabrın 30-da Bakı Konqress Mərkəzində səhnəyə çıxacaq.
“Aşk”, “Olsun”, “Vur yüreğim”, “Yanarım” kimi mahnıları ilə imza atan ifaçı azərbaycanlı tamaşaçılar üçün məşhur mahnılarını ifa edəcək.
Konsertin təşkilatçısı “Kevents Group”dur.