WOW
WOW

Mayk Tayson dostu Diddiyə uğur arzuladı

Mayk Tayson dostu Diddiyə uğur arzuladı

Əfsanəvi boksçu Mayk Tayson həbs olunan dünya şöhrətli repçi və musiqi prodüseri Pi Diddiyə (əsl adı - Şon Kombs) açıq şəkildə uğur arzulayıb.

OLAY yazır ki, “Daily Mail” nəşrinin jurnalisti idmançıya dostu (Pi Diddi – red.) ilə bağlı sual ünvanlayıb.

Taysonun cavabı isə belə olub:

“Ona ən yaxşısını arzulayıram. Ona həyatda uğurlar arzulayıram“.

Jurnalistin Taysona adının həbs olunan repçi hallandığını deyəndə o, xeyli təəccüblənib. “Gözləyin, mən Diddi ilə əlaqəm var? Yaxşı, bu gözəldir. Mən heç bilmirdim”, - deyə Tayson vurğulayıb. 

Qeyd edək ki, bir çox məşhurlar kimi Mayk Tayson da Pi Diddinin keçirdiyi ağ parti lərinin xüsusi qonaqlarından və iştirakçılarından olub.

Xatırladaq ki, 54 yaşlı Pi Diddi cinsi zorakılıq, insan alveri və qətldə ittiham olunur. 10 ildir ki, repçi ulduzlarla evində əxlaqsız “ağ” partilər təşkil edib. Son illərin ən səs-küylü işlərindən biri üzrə məhkəmə prosesi 2025-ci il mayın 5-nə təyin edilib.