WOW
WOW

Maykl Ceksonun 22 yaşlı oğlu üzə çıxdı

Maykl Ceksonun 22 yaşlı oğlu üzə çıxdı

Mərhum dünya şöhrətli “pop kral”ı Maykl Ceksonun 22 yaşlı oğlu uzun müddətdən sonra üzə çıxıb. 

OLAY yazır ki, 22 yaşlı Blanket Los-Ancelesin küçələrin birində gəzərkən paparatsiyaların obyektivinə tuş gəlib. 

Ceksonun oğlu çəkildiyini görsə də lakin heç bir reaksiya verməyib.

Xatırladaq ki, M. Cekson vəfat edəndə Blanketin cəmi 7 yaşı var idi. Onun anasının adı hələ də ictimaiyyətə məlum deyil. Keçən il Blanket nənəsi Mayklın anası ilə bağlı məhkəməyə müraciət edib. O, qadının mərhum oğlunun hesablarına girişinin qadağan edilməsini tələb edib.