“Kəmiyyət artdıqca keyfiyyət azalır. Müğənnilər çoxaldıqca musiqimiz məhv olub gedir. Özü də necə müğənnilər, təsadüfü müğənnilər. Yəni yağışdan sonra çıxan göbələklər… Bu gün elə müğənnilərin səhnədə sayı artıb. Ona görə də musiqimizin səviyyəsi tamamilə bərbad haldadır. Sözsüz ki, bu haqda sənətkarlarımızı hər biri danışmalıdır. Onlar heç olmasa nələrsə etməlidirlər. Amma görürəm ki, bu haqda heç kim heçnə demir. Əvvəl ki sənətkarlarla indi ki müğənniləri bir hədəfdə dayandırmıram çünki əvvəl ki ifaçıların sovet dövründən əziyyət və min bir zülmlə sənəti qoruyublar. Amma indi ki ifaçılar belə deyirlər. Heç onları müqayisə etmək belə doğru deyil. İndi ki ifaçılar hər şeyi asanlıqla əldə edirlər. Onların yeganə istəyi və amalı toylara gedib pul qazanmaqdır. O pul qazanmaq xasiyyəti olan şəxs əlbətdə ki, sənəti düşünmür”.
OLAY yazır ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu “YouTube”da yayımlanan “Künc-Bucaq” layihəsində deyib.
Sənətçi bayağı ifaçıları və onları verilişlərində reklam edən aparıcıları sərt şəkildə tənqdi edib:
“Bu sənətə yeni gələn ifaçılara iradlarımızı deyəndə hansı ki onlara bunu söyləməyə haqqımız çatır, düzdür mənim başıma gəlməyib amma çox sənətkarlardan eşitmişəm ki, həmin “müğənniciklər” xoşagəlməz sözlər ünvanlayırlar onlara. Fəxri adı olan o sənətkarlar əlbətdə ki, istəməzlər onlara cavab verib və illərlə yığdıqları hörməti bir ifaçının güdazına versinlər. Bu bir-iki sənətkarın üzərinə düşən məsuliyyət deyil. Ali təhsil ocaqlarında bu qədər pedaqoq və müəllimlər oturublar amma onların heç bir bu barədə heçnə danışmır. Misal üçün Mədəniyyət Nazirliyində o qədər insanlar var ki, onların heç biri bu ifaçılara iradları bildirmir. O dediyim ifaçılar öz mədəniyyətlərinə və tərbiyələrinə görə mənə cavab qaytarsınlar… Sözsüz ki, mən bunu etmərəm. Buna şərait yaratmaram və iradlarımı da demərəm. Artıq ümid qalmayıb. Onlar heç böyüyün sözünə qulaq asmırlar. Aparıcıların pafoslu tərifləri, xoşagəlməyən musiqiləri insanlara sırımaqları bu az bir iş deyil. Onlar burada öz reytinqlərini düşünürlər. Amma o aparıcılar belə etməklə xalqın və millətin zövqünü körlayırlar. Azərbaycan xalqı bu gün Cahangir Cahangirovun ikinci kantatası “Şəbi hicran”a qulaq asmaqdansa sözləri bəlli olmayan musiqisi oradan – buradan gələn və əcaib bir ifadə dinlənilən musiqilərə qulaq asırlar. Xalq məcbur olub. Buna müasirlikdə demək olmaz. Bu müasirlik deyil biabırçılıqdır. İnsanlara sevmədiyi musiqini sırayanların nə sənəti, nə tərbiyəsi nə danışıq qabiliyyəti nə də ki mədəniyyətləri var. Dərd də budur ki, onlar daha çox efirdə görünür nəyin ki istedadlı, tərbiyəli və qabiliyyətli ifaçılar. Bax problemdə budur”.
Dostəliyeva sosial şəbəkədə “trend” olan mahnıları musiqimizin qara ləkəsi adlandırıb:
“O toyu, toyxananı və həddindən artıq sərbəstliyi əgər sən televiziyaya gətirirsənsə bu düzgün deyil. Beləcə sən azərbaycan mədəniyyətini məhv etmiş olursan. Toyxananı gətirib studiyalarda canlandırsaq bizim musiqimizin kökü məhv olub gedəcək. Bu dəqiqə də indi bu proses gedir. Çıxıb deyirlər ki, bu mahnını efirdə oxuyum insanlarda baxsın məni toylara aparsın. Bu günki nəsil o deyil ki, biz fikirlərimizi açıq şəkildə ifadə edək. Bu gün musiqimizə qara ləkə gətirən “trend” məsələsidir. Biz bu şeyləri görüb, bildikdən sonra sənətdən uzaqlaşmaq istəyiriq, can atırıq ki bu sahədən gedək. Amma mən bu yaşda bu peşədən uzaqlaşsam hansı işlə məşğul olacağam? Mən bütün həyatımı, varlığımı, gəncliyimi və ailəmi bu sənətə həsr etmişəm. Bütün çətinliklərə sinə gələrək bu səviyyəyə gəlib çatmışam”.