WOW
WOW

Zümrüddən qızı ilə paylaşım

Zümrüddən qızı ilə paylaşım

Bu gün yəni 11 oktyabr “Beynəlxalq Qızlar Günü”dür. 

OLAY yazır ki, bu münasibətlə aparıcı Zümrüd Bədəlova qızı Ləmanın fotosunu instaqram səhifəsində yayımlaraq, onu təbrik edib.

“Hər qadının bir qızı olsun. Qızımızla ən yaxın rəfiqə olaq. Qız balaların günüdür. Təbriklər” – deyə Z.Bədəlova paylaşımına yazıb. 

Xatırladaq ki, 11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə "Beynəlxalq Qızlar Günü" elan edilib.

Qeyd edək ki, Z.Bədəlovanın 11 il əvvəl həyat yoldaşından ayrılıb. Bu nikahdan onun Ləman adlı bir qızı var. Zümrüd müsahibələrində bildirib ki, keçmiş əri övladı ilə maraqlansa da lakin o onunla danışmır.