“Soruşanda ki, necə olur ki, belə gözəl və baxımlı qalırsınız. Bu suala cavab verə bilmirəm. Çünki gözəl olduğumu düşünmürəm”.
Bu sözləri Əməkdar artist Sənubər İsgəndərli OLAY-a özəl müsahibəsində deyib.
Aktrisa plastik və estetik əməliyyatlara münasibətini bu sözlərlə dilə gətirib:
“Əməliyyalara münasibətim normaldır. Amma gərək ki, normasında olsun. Aktrisanın üz ifadəsi əməliyyatdan sonra da yerində olmalıdır. Az da olsa görünməlidir. Burada yaş məsələsi də var. Bakı balaca şəhərdir və hamı bir-birinin yaşını bilir. Mən 20 yaşlı bir gənc qızın obrazını oynaya bilmərəm. Ayıbdır! İstəyirsən ki, öz yaşını oynayasan. Amma səligəli olasan. Qadın əməliyyat edə bilər lakin səliqəli şəkildə. Bir qadının səliqəli və zövqlü olmasının tərəfdarıyam”.
“Əməliyyat etdirməyi düşünürsünüz?” sualına S.İsgəndərlinin cavabı belə olub:
“Əlbətdə ki... Ola bilər. Əgər desəm ki, nələrsə etdirməmişəm, yalan olar. Bəli, məndə kiçik toxunuşlar etdirmişəm. Amma əməliyyat edib köklü şəkildə dəyişikliklərdən qorxuram. Mən aktrisayam və mənə o cür lap tarım sifət olmaz”.