WOW
WOW

“Əməkdar artist ildə 2 dəfə psixiatrik xəstəxanada müalicə alır”

“Əməkdar artist ildə 2 dəfə psixiatrik xəstəxanada müalicə alır”

Aparıcı Elgiz Əkbər psixi pozuntudan əziyyət çəkən müğənni ilə bağlı qalmaqallı açıqlama verib. 

OLAY yazır ki, Elgiz bu haqda aparıcısı olduğu “Elgizlə izlə” verilişində danışıb. 

Televiziya ulduzu bildirib ki, adını açıqlamaq istəmədiyi “Əməkdar artist” fəxri adlı həmin ifaçı proqramda qonaq olarkən dava salıb: 

“Bir müğənni var. O bizim verilişdə qonaq olmuşdu. Qonaq olan zamanı bir olay çıxartdı. Həkim də verilişdə qonaq idi. Reklam fasiləsində o söylədi ki, siz bu müğənninin davranışlarına şok olmusunuz. O müğənninin “Əməkdar artist” fəxri adı da var. Həkim söylədi ki, o yazıqdır və psixoloji reabilitasiya mərkəzlərin birində qeydiyyatdadır. Həmin müğənni ildə iki dəfə müalicə alır. Ondan sonra mən həmin şəxsi efirimə çağırmadım”.