Bakı şəhər Yasamal rayonu Nəriman Nərimanov prospektində yerləşən “VMF Continental” mağazasından oğurluq edilib.
OLAY yazır ki, mağazaya müştəri qismində gələn naməlum şəxs oktyabrın 9-u saat 17 radələrində oradan bahalı saatı oğurlayıb. Həmin şəxs dəyəri 330 min manat olan bir ədəd “Breguet” markalı qol saatını gizli şəkildə götürərək uzaqlaşıb.
Hadisə ilə bağlı polisə məlumat verilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Çin vətəndaşı Zhang Guomin oktyabrın 10-u saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 177. 3. 2-ci, yəni külli miqdarda oğurluq maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, VMF şirkəti tanınmış jurnalist, ANS-in rəhbəri Vahid Mustafayevə məxsusdur. Şirkətin adının abreviaturası da məhz onun adı, soyadı və ata adının açılışıdır.