Dünya şöhrətli pop ulduz Cennifer Lopez əri Hollivud aktyoru Ben Affekdən boşanmasından sonra sosial şəbəkə əhli tərəfindən çoxsayda nifrət dolu tənqidlərlə qarşılaşıb.
OLAY yazır ki, sənətçi ünvanına yazılan neqativ dolu şərhlərə emosional şəkildə reaksiya verib.
“Haqqımda yazılanları və deyilənləri bilirəm. Sosial şəbəkələr mənim populyarlıq qazandığımdan gec yaranıb, ona görə də onları ciddi qəbul etmirəm”, - deyə Lopez “Interview” nəşrinə açıqlamasında bildirib.
Həmçinin Cennifer əlavə edib ki, Bendən boşanmaq qərarı onun imiş və bu addımı atmaq Lopez üçün heç də asan olmayıb.