WOW
WOW

AYNA-dan Ədalət Şükürova cavab

AYNA-dan Ədalət Şükürova cavab

Xəbər verildiyi kimi Əməkdar artist Ədalət Şükürov paytaxt yollarından və tıxaclarından narazılığını dilə gətirib və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətindən narazı olduğunu bildirib.

Bununla bağlı məsələyə aydınlıq gətirmək üçün AYNA ilə əlaqə saxladıq. OLAY yazır ki, qurumdan BAKU.WS-ə bildirildi ki, Əməkdar artist Ədalət Şükurovun fikirlərinə hörmətlə yanaşırıq və onun təkliflərini dinləməyə hazırıq:

“Necə ki, bu gün AYNA tərəfindən Akademik Zərifə Əliyeva küçəsində avtobus zolağının təşkili ilə bağlı keçirilən ictimai dinləmədə müxtəlif təklif və rəyləri dinlədik.

Görüşdə 20-dən çox nəqliyyat ekspertinin, ictimai fəalın, Sosial Tədqiqatlar Mərkəzinin və media nümayəndəsinin maraqlı fikirləri səsləndirildi və nəzərə alındı.

Belə bir konteksdə dəyərli sənətkarımızla da görüşüb məmnuniyyətlə fikirlərini dinləyə bilərik”, - deyə qurumdan bildirilib.