WOW
WOW

Damla tənqid olunan obrazından danışdı

Damla tənqid olunan obrazından danışdı

Müğənni Damla ötən gün müzakirə olunan toy obrazından danışıb. 

Bu barədə sənətçi OLAY-a açıqlama verib. Damla deyib ki, ünvanına yazılan neqativ şərhləri normal qəbul edir:

“Normal qəbul edirəm. Olmalıdır. Adi haldır. Sadəcə baxıb keçirəm. Bu mövzunu yazmaq, şişiritmək istəmirəm. Sadəcə maraqlı bri görtüntü idi. Belə qərara gəldik, belə də geyindik. Pis görmək istəyən pis görür, yaxşı görmək istəyən yaxşı. Pis baxanları da qınamıram, yaxşı yazanların da altında nəsə məqsəd güdmürəm. Normaldır”.

Qeyd edək ki, Damla səhnə aldığı toy məclisi üçün maraqlı “look” yaradıb. O, ağ şort və eyni rəng köynək, ayaqqabı ilə yaratdığı kombinasiya üçün maraqlı parik seçib. Onun bu görüntüsü sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Əksəriyyət bu tərzin Damlaya yaraşmadığını qeyd edərək tənqid edib.