WOW
WOW

“Həyatımdan ehtiyat edirəm” - Linç olunan Uraz

“Həyatımdan ehtiyat edirəm” - Linç olunan Uraz

Bir neçə gündür ki, sosial şəbəkələrdə linç olunan aktyor Uraz Kayqılaroğlu tənqidlərə cavab verib.

OLAY yazır ki, qadın qətllərindən sonra qalmaqallı fotosessiyası yenidən gündəmə gələn Uraz həyatının təhlükədə olduğunu vurğulayıb:

“Əgər bunların bitməsi mən və digər şəxslərin cəmiyyətdən xaric edilməsi ilə əlaqəlidirsə, sevə-sevə işimdən uzaqlaşram. Mən həyatımdam ehtiyat edirəm. Adımın hallandığı qrupları ilk dəfədir eşidirəm. Mən dırnağıma boya çəkmişəm, səhnədə tamaşa üçün kişi həmkarımla öpüşmüşəm, ya da rol üçün hansısa şəkillər çəkdirmişəm, bu, məni cinayətkar etmir”.

Qeyd edək ki, bir neçə gün öncə Türkiyədə iki gənc qızın başı kəsilərək qətlə yetirilib. Aylar əvvəl U. Kayqılaroğlu bu hadisəyə bənzər motivlərin yer aldığı fotosessiya etdirmiş, tənqid olunmuşdu.