Aparıcı Kazım Sübhan paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.
OLAY yazır ki, televiziya ulduzu sosial şəbəkə hesabı vasitəsi ilə bədxahlarına ismarıc yollayıb.
“Paxıllıq, hətta mədəniyyət sahəsində belə, bəzilərinin düşüncə darlığını göstərir. Bizim sahələrimiz tamamilə ayrıdır, amma bəziləri hələ də özlərini mənimlə müqayisə etməyə çalışır. Bu, yalnız gülünc deyil, eyni zamanda kədərlidir. Hər kəs öz yerini bilsin! Mən özüm üçün yaşayan insanam, heç biriniz mənim vecimə deyilsiniz, bilin!”.