Xalq artisti Röya Ayxan son günlər bahalı libasları ilə gündəmə gəlib.
OLAY yazır ki, bu barədə məlumatlar Röya Style səhifəsində yer alıb.
Sənətçinin məclislərin birində geyindiyi transparan libası və aksessuarları diqqət çəkib. Məlum olub ki, geyim “Elisabetta Franchi” brendinə məxsusdur. Qiyməti 937 manatdır.
“Roberto Coin”ə məxsus sırğa 44 min manat, üzük 24 min manat, boyunbağı isə 27 min manatdır.
Röya Ayxanın səhnədə geyindiyi digər sarı libas “ALEX PERRY” markasına məxsusdur. Qiyməti 4420 manatdır.