WOW
WOW

“Tamaşaçılarda qıcıq yaratmışam” - Ayan

“Tamaşaçılarda qıcıq yaratmışam” - Ayan

“Məndə inciyə, küsə, əsəbiləşə, ağlaya bilirəm. Tək qalmağa ehtiyacım olur. Olur ki, təklikdən də qorxuram”. 

OLAY yazır ki, bu sözləri müğənni Ayan Babakişiyeva qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib. 

Proqram boyunca bir il ərzində üzləşdiyi çətinlikdən söz açan sənətçi bildirib ki, son günlər tamaşaçıların qıcığı ilə qarşılaşıb. Ayan bunun səbəbini qızı Selena üçün bişirdiyi dolmanın görüntülərini sosial şəbəkədə paylaşmasından sonra olduğunu qeyd edib:

“Mən tənha deyiləm. Sevirəm və sevilirəm. Son günlər tamaşaçılar və dinləyicilərin çoxunda bir qıcıq yaratmışam. Bunu mənə yazılan şərhlərdən görürəm. Düzdür mənim o qədər zamanım yoxdur ki, bütün günü sosial mediada oturum və şərhləri oxuyum. Çünki mənim birinci missiyam analığımdır. Zamanımın əksər hissəsini qızım Selenaya ayırıram. Onun təhsili və tərbiyəsi ilə məşğul oluram. Qızım üçün dolma hazırlamışdım və bunu sosial şəbəkə hesabımda paylaşmışdım. İzləyicilər həmin videoya xoşagəlməz şərhlər yazdılar. Yazıblar ki, “Siz inanırsınız ki, bu dolmanın birini özü büküb?” Özümü müdafiə etməyəcəyəm və göstərməyəcəyəm ki, bəli bunu mən özüm etmişəm”. 

Proqramda göz yaşlarına qərq olan Babakişiyeva doğmalarından zərbə aldığını vurğulayıb: 

“Yaxşılıq edə bilmirsinizsə, pislikdə etməyin. Bunu tək tamaşaçılara demirəm ətrafımda olan doğmalarıma da deyirəm. Əlinizdən yaxşılıq gəlmirsə pislikdə etməyin. Kimin həyatında belə insanlar yoxdur ki... (ağlayır) Doğmamdan pislik görmüşəm, görürəm və görməkdə davam edirəm. Son bir ildir ki, hər kəsdən uzaqdayam. Tək doğmalarımdan deyil. İstəyirəm ki, yanımda, həyatımda məni təmənnasız istəyən insan olsun”.