Müğənni Sevda Yahyayeva həyat yoldaşı Zakir Bayramovla bağlı açqlama verib.
OLAY yazır ki, bu barədə sənətçi “Qonaqcanlı”da danışıb.
Sevda deyib ki, həyat yoldaşının ona qadağası yoxdur:
“Biz elə bir yaş dövründəyik ki, hər addımı ağılla atırıq. Ona görə bir-birimizlə məsləhətləşirik. Mən elə yaşayıram ki, qadağaya ehtiyacım olmur. Zakir müasir insandır. Mən də sevinirəm ki, belə bir xarakterdədir. O, məni həvəsləndirir kk, səhnə fərqlidir. Bu, sənin obrazındır. Səhnədə daha iddialı, cəsarətli olmalısan. Deyir, bu, sənin işindir. Daha da həvəsləndirir. “Olmaz” desəydi, evdə oturardım. Səhnədəyəmsə, deməli dəstəkləyir”.